“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetləri bu həftə tam iş ahəngində fəaliyyət göstərə bilməyəcək

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetləri bu həftə tam iş ahəngində fəaliyyət göstərə bilməyəcək
# 21 may 2007 11:49 (UTC +04:00)
“Gündəlik Azərbaycan” və “Ralnıy Azərbaycan” qəzetləri bu həftə tam iş ahəngi ilə çalışa bilməyəcək. “Gündəlik Azərbaycan” qəzetinin redaktoru Üzeyir Cəfərov APA-ya açıqlamasında “Gündəlik Azərbaycan” qəzeti bu həftə cəmi 1-2 dəfə işıq üzü görəcək, qəzetlər gələn həftədən normal iş ahəngini bərpa etməyə çalışacaq.
Ü. Cəfərov onu da qeyd edib ki, qəzetlərin vəziyyəti ilə bağlı bu gün Redaktorlar Birliyində və qəzet kollektivinin geniş yığıncağında müzakirə aparılacaq.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin şəhərdəki obyektlərdə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinin vəziyyəti ilə bağlı keçirdiyi yoxlamalar çərçivəsində qanun pozuntularına rast gəlinən binalar arasında “Gündəlik Azərbaycan” və “Ralnıy Azərbaycan” qəzetlərinin ofisinin yerləşdiyi bina da olub. Buna görə də qəzetlər və burda fəaliyyət göstərən digər obyektlər binada işi dayandırmalı olublar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR