Jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin iclası keçirilib

Bu gün jurnalistlərin iyunun 12-nə təyin etdiyi yürüş-mitinqlə bağlı yaradılmış Mitinq Komitəsinin iclası keçirilib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlunun APA-ya verdiyi məlumata görə, genişləndirilmiş iclasda siyasi partiyaların, QHT-lərin və Gənclər Təşkilatlarının Mitinq Komitəsinə təyin etdiyi nümayəndələri də iştirak edib. İclasda yürüş-mitinqlə bağlı texniki məsələlər, qaldırılacaq plakatlar, yürüş boyu səslənəcək şüarlarla bağlı müzakirələr aparılıb. Ş. Çobanoğlu texniki məsələlərlə bağlı bu həftənin sonunda Mitinq Komitəsinin bir daha toplaşacağını bildirib. /APA/
Media

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"

TƏBİB: Jurnalist Ceyhun Əsgərovun davamlı müalicə alması şərtdir
