Həbsdə olan “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı ilə bağlı “Amnesty İnternational” təşkilatına müraciət edilib

1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadənin Hüquqlarını Müdafiə Komitəsi onların həbsi barədə məhkəmə hökmünün ədalətsiz olması, jurnalistlərə “vicdan məhbusu” statusunun verilməsi ilə bağlı “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatına müraciət edib. Bu barədə APA-ya açıqlamasında Müdafiə Komitəsinin sədri Vaqif Hacıbəyli bildirib. Onun sözlərinə görə, müraciəti Müdafiə Komitəsi ilə yanaşı, qeyri-hökumət təşkilatlarının rəhbərləri də imzalayıb.
Xatırladaq ki, R. Kəbirli və Y. Ağazadə millət vəkili, akademik Cəlal Əliyevin xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Yasamal Rayon Məhkəməsinin mayın 16-da çıxardığı hökmlə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. /APA/

Media

“Jurnalistlər binası”nın həyətində abadlıq işləri aparılıb

Dövlət Xidməti: Azərbaycanın elektron informasiya resurslarına qarşı kiberhücumlar hazırlanıb

Əflatun Amaşov: "Ceyhun Əsgərovun səhhəti diqqətimizdədir"