Amerikalı jurnalist: Biz bura Azərbaycanın İranla bağlı üzləşdiyi problemləri göstərmək üçün gəlmişik

Amerikalı jurnalist: Biz bura Azərbaycanın İranla bağlı üzləşdiyi problemləri göstərmək üçün gəlmişik
# 19 aprel 2023 17:42 (UTC +04:00)

Biz bura ABŞ və İsraildən olan oxucularımız üçün Azərbaycanın İranla bağlı üzləşdiyi problemləri göstərmək üçün gəlmişik. Bura gəlmək çox vacib idi.

Bu barədə APA-ya azad edilmiş ərazilərə səfər edən ABŞ-da fəaliyyət göstərən "Yentas in the City" podkast şirkətinin rəhbəri Ester Eti El-Kiss Mizrahi bildirib.

Onun sözlərinə görə, Azərbaycan haqqında çoxlu yalan var ki, onlar bunu dəyişmək istəyirlər.

“Mən jurnalist olaraq İranla bağlı, habelə Şuşada mövcud vəziyyəti göstərmək istəyirəm. Biz dünyanın Azərbaycan haqqında yanlış təsvirini dəyişmək istəyirik. Keçən axşam biz xristian, müsəlman və yəhudilər ilə birlikdə kulinariya məşğələsinə qatıldıq.

Düşünmürəm ki, dünyanın bir başqa ölkəsində belə bir şey mümkündür. Bizdən əvvəl, 4 ay öncə gələn nümayəndə heyəti 2020-ci ilin müharibəsində görmə qabiliyyətini itirən Arif adlı əsgər və israilli həkimlərin ona yeni göz transplantasiya etməsi haqqında film çəkmişdi. Biz də “Göz qırpımı” adlı film çəkəcəyik. Biz burada olmaqdan çox xoşbəxtik. Daha çox nümayəndə heyətinin buraya gəlmək istədiyini bilirik. Dünyanın Azərbaycanın nə qədər gözəl ölkə olduğunu bilməsi çox vacibdir”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR