Audiovizual media fəaliyyətinə dair yeni lisenziyalar müəyyənləşir

Audiovizual media fəaliyyətinə dair yeni lisenziyalar müəyyənləşir
# 04 mart 2022 13:52 (UTC +04:00)

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı dəyişir.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, teleradio yayımı ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinə ümumrespublika televiziya yayımı, Bakı şəhəri üzrə televiziya yayımı, regional televiziya yayımı, ümumrespublika radio yayımı, Bakı şəhəri üzrə radio yayımı, regional radio yayımı, əlavə informasiya yayımı, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı, peyk yayımı, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət daxildir.

Layihəyə əsasən, bu fəaliyyət növü audiovizual media fəaliyyəti anlayışı əvəzlənir. Audiovizual media fəaliyyəti növlərinə isə aşağıdakılar daxil edilir:

- Ümumölkə yerüstü televiziya yayımçısı;

- Ümumölkə yerüstü radio yayımçısı;

- regional yerüstü televiziya yayımçısı

- regional yerüstü radio yayımçısı

- peyk yayımı həyata keçirən platforma yayımçısı

- peyk yayımı həyata keçirməyən platforma yayımçısı

- sifarişli yayım xidməti provayderi

- sadə platforma operatoru

- universal platforma operatoru

- mültipleks operatoru.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR