Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib
# 23 fevral 2022 10:31 (UTC +04:00)

22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikasının Audiovizual Şurasının inzibati binasında ümumölkə yerüstü televiziya yayımçılarının proqram rəhbərləri ilə Azərbaycan Respublikası qanunvericiliyi və məqsədli dövlət proqramlarına uyğun olaraq Azərbaycan Respublikası Audiovizual Şurası və ümumölkə televiziya yayımçılarının üzərinə düşən vəzifələr və onların yerinə yetirilməsi üzrə hesabatlara dair görüş keçirilib.

Şuradan APA-ya verilən xəbərə görə, görüş zamanı qanunvericilik və məqsədli dövlət proqramlarına uyğun olaraq yayımçılara zəruri tövsiyələr verilib, bu sahədə, habelə yayımçılar tərəfindən Şuraya təqdim olunan hesabatlara dair yayımçıları maraqlandıran məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR