“Azadlıq Radiosu”nun əməkdaşı Kiyevdə həlak olub

“Azadlıq Radiosu”nun əməkdaşı Kiyevdə həlak olub
# 29 aprel 2022 13:02 (UTC +04:00)

“Azadlıq Radiosu”nun əməkdaşı Vera Giriç Kiyevdə raket zərbəsi zamanı həlak olub.

APA 24tv.ua-ya istinadən xəbər verir ki, bu barədə jurnalistin həmkarı Aleksandr Demçenko açıqlama verib.

O, Rusiyanın Kiyevə endirdiyi raketlərdən birinin Giriçin yaşadığı mənzilə düşdüyünü qeyd edib.

Vera Giriçin cəsədi yalnız səhər saatlarında aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR