Azərbaycanın media bazarının inkişafı strategiyası hazırlanır

Azərbaycanın media bazarının inkişafı strategiyası hazırlanır
# 24 fevral 2022 13:39 (UTC +04:00)

“Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi ölkənin media bazarının inkişafı üçün strategiya hazırlayır.

Bunu “APA-Economics”ə İctimai Birliyin icraçı direktoru Əli Əliyev deyib.

Onun sözlərinə görə, əsas məqsəd bazar iştirakçılarının müxtəlif platformalarla qarşılıqlı əlaqəsini yaxşılaşdırmaqdır.

“Bizim təşkilat kabel operatorlarını, milli telekanalları, kontent istehsalçılarını, internet provayderlərini, müxtəlif platformaların inteqratorlarını birləşdirir. Bizim vəzifəmiz rəqəmsal və efir məkanında yayımçıların, məzmun istehsalçılarının hüquqlarını təbliğ etmək və qorumaqdır. İstiqamətlər çoxdur, əsas istiqamətlərdən biri bazar iştirakçılarını, ekspertləri müxtəlif işçi qruplarda təmsil etməkdir”, - deyə Ə. Əliyev qeyd edib.

O həmçinin əlavə edib ki, yaxın vaxtlarda ictimai təşkilatın ofisinin açılışı olacaq. İctimai Birliyin işçi qrupu ən azı ayda bir dəfə toplaşacaq, ümumi yığıncağı isə rübdə bir dəfə təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR