Cavanşir Feyziyevin Mətbuat Şurasının üzvlüyündən istefası məsələsi müzakirə ediləcək

Cavanşir Feyziyevin Mətbuat Şurasının üzvlüyündən istefası məsələsi müzakirə ediləcək
# 07 fevral 2022 10:11 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim.

APA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

“İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi. Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik”, - Ə. Amaşov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR