“İctimai şuralar nə üçün yaradılır?”, “Onlar bizə lazımdırmı?” kimi suallar ətrafında düşünməli, hətta Milli Məclisdə bunu müzakirəyə çıxarmalıyıq.
APA xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.
“Yəni ictimai şuralar bəzi verilişlərlə bağlı televiziya rəhbərləri ilə müəyyən razılığa gəlməli, təkliflər verməlidir”, - deputat qeyd edib.
Deputat Nizami Cəfərov isə ictimai şuraların televiziyalarda özünü doğrultmadığını diqqətə çatdırıb.
“Hər dəfə bunlar yaradılır, amma effekt vermir. Yayım şurası birbaşa televiziyanın özü deməkdir. Televiziyaya qoyulan rəhbər və onun işçiləri efirə daha çox təsir edirlər. Ona görə də bəzən şuralar dışlanır, nəticədə mərkəzi rəhbərlər qalır kənarda”, - deputat deyib.