Deputat: Televiziya kanallarında klassik dəyərlərin təbliği məsələsində boşluq var

Deputat: Televiziya kanallarında klassik dəyərlərin təbliği məsələsində boşluq var
# 14 aprel 2023 12:25 (UTC +04:00)

“Bizim televiziya kanallarında əyləncə və əyləndirmə mexanizmi var”.

APA xəbər verir ki, bunu Milli Məclisin deputatı professor Nizami Cəfərov Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

“Amma bir az klassika, klassik dəyərlərin təbliği məsələsində boşluq var. Bu baxımdan, Azərbaycan klassik ədəbiyyatının ən yaxşı bilicisi olan Teymur Kərimlinin yayım şurasında olması yaxşı haldır. Buna ehtiyac var”, - deputat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR