Dövlət Dil Komissiyası: Cərimələrin tətbiqi qaçılmaz olacaq

Sevinc Əliyeva

© APA | Sevinc Əliyeva

# 02 mart 2022 11:25 (UTC +04:00)

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən aparıcıların və müxbirlərin nitqi monitorinqə cəlb edilib.

APA xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O deyib ki, televiziyaların dilinin praktik vəziyyətini əks etdirən 4800 dil faktı "Televizayarın dili monitorinq aynasında" adlı kitabda öz əksini tapıb.

Bəzi aparıcıların televiziyaya "fərdi" üslub gətirmək cəhdi, alınma sözlərdən yersiz istifadə, yad intonasiyanın tətbiqi, dilimizə xas olmayan cümlə tipləri kimi xarakterik nöqsanlar vurğulanıb.

Sevinc Əliyeva bildirib ki, monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır.

S. Əliyeva deyib ki, aparılan monitorinqlərin nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq etdikdən sonra eyni xətalara təkrar yol verilərsə, cərimələrin tətbiqi qaçılmaz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR