Eynulla Fətullayev: “Xarkovda şiddətli döyüşlər davam edir”

Eynulla Fətullayev: “Xarkovda şiddətli döyüşlər davam edir”
# 25 fevral 2022 17:04 (UTC +04:00)

“Xarkovda vəziyyət kirtikdir. Şəhər mühasirə altındadır”.

Bunu APA-ya açıqlamasında, Xarkovda olan “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev deyib.

O bildirib ki, hazırda Rusiya Ordusu şəhəri ağır artilleriya atəşinə tutur.

“Əhali metrolarda, zirzəmilərdə gizlənir. Marketlər hamısı bağlıdır. Ərzaq qıtlığı yaşanır. İnsanların həyatı təhlükədədir. Qeyd edim ki, bir neçə saat əvvəl şəhərin mərkəzinə bir neçə mərmi düşdü”, - jurnalist qeyd edib.

O vurğulayıb ki, Ukrayna Ordusu müqavimət göstərir: “Ruh yüksəkliyi var, ukraynalı hərbçilər müqavimət göstərirlər. Şiddətli döyüşlər davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR