İngiliscə yazan jurnalistlərin Qərb KİV-lərində dərci üçün müqavilə bağlanması təklif olunub 

İngiliscə yazan jurnalistlərin Qərb KİV-lərində dərci üçün müqavilə bağlanması təklif olunub 
# 14 fevral 2022 11:17 (UTC +04:00)

“Azərbaycanda ingilis dilində yazan jurnalistlərin “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi Qərbin məşhur qəzet və digər KİV-lərində təcrübəyə göndərilməsi, onların məqalələrinin dərc edilməsi ilə bağlı müqavilələr imzalanması lazımdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.

F.İsmayılzadə MEDİA-nın bu təklifi diqqətlə araşdırılmasını zəruri sayıb: “Gənclərə saxta, feyk mənbələrlə həqiqi mənbələri ayırmaqla bağlı fənlər ali məktəblərdə dərs tədris olunmalıdır”.

O, qeyd edib ki, müasir dövrdə yalan xəbərlər və feyk məlumatlar sosial şəbəkələr vasitəsilə çox sürətlə yayılır: “Oxucular bəzən bu materialları doğru məlumatlardan ayıra bilmirlər. Erməni lobbisi bu məsələdən çox ustalıqla istifadə edir. Düşünürəm ki, xüsusilə gənclərlə bağlı bu sahədə məxsusi işlər aparılmalıdır. STM xətti ilə ərsəyə gələn müxtəlif analitik materiallar gənclərin siyasi fikrinin formalaşmasında, informasiya ilə düzgün təminatında mütləq nəzərə alınmalıdır. Çünki feyk mənbələrin aşkar edilməsində gənclər xüsusi rol oynamaqla, bu prosesə mühüm töhvələr də verə bilərlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR