İnternetdən götürülmüş qadağan edilən informasiyaya dair işlərə xüsusi icraat qaydasında baxılacaq

İnternetdən götürülmüş qadağan edilən informasiyaya dair işlərə xüsusi icraat qaydasında baxılacaq
# 20 dekabr 2021 17:00 (UTC +04:00)

Məhkəmə yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi haqqında işlərə xüsusi icraat qaydasında baxacaq.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Müvafiq icra hakimiyyəti orqanı yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edəcək. Bu barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə veriləcək.
Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR