“İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 3 üzvünün səlahiyyət müddəti başa çatıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” Milli Məclisin qərarının layihəsinin müzakirəsi zamanı parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, buna görə də bu gün parlamentin iclasında yeni üzvlərin seçiləcək.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, İTV Yayım Şurasına irəli sürülən namizədlər arasından hər təşkilatdan 1 nəfər olmaqla, 3 nəfər 6 il müddətinə üzvlüyə təsdiq ediləcək: “Yayım Şurasına təqdim olunan namizədlərlə bağlı komitədə müvafiq müzakirələr aparmışıq”.
İTV-nin Yayım Şurasının 3 üzvünün səlahiyyət müddəti başa çatıb
