Kabel şəbəkəsi yayımında qanunvericiliyi pozanlara qarşı sanksiyalar tətbiq edilir

Kabel şəbəkəsi yayımında qanunvericiliyi pozanlara qarşı sanksiyalar tətbiq edilir
# 27 dekabr 2021 18:31 (UTC +04:00)

Piratçılıqla mübarizə sahəsində il ərzində yayımçılarla intensiv kommunikasiya qurulub və Əqli Mülkiyyət Agentliyi ilə sıx əməkdaşlıq həyata keçirilib.

APA-nın məlumatına görə, bu, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2021-ci il üzrə hesabatında əksini tapıb.

Hesabatda qeyd olunub ki, il ərzində ümumölkə televiziya kanallarında yayımlanan xarici serialların tam olaraq lisenziyalı yayımına nail olunub.

Yayım operatorlarının (kabel və İPTV) paketlərində retranslyasiya olunan xarici kanalların pirat yayımı ilə mübarizə çərçivəsində operatorların rəhbərləri və səlahiyyətli nümayəndələri ilə çoxsaylı görüşlər təşkil olunub, tədbirlərdə müəllif hüquqları sahəsində mövcud vəziyyət təhlil olunub, zəruri tövsiyələr verilib və xəbərdarlıqlar edilib.

Noyabr ayından etibarən bu sahədə sanksiyaların tətbiq olunmasına başlanılıb. Hazırda operatorların baza paketlərində retranslyasiya olunan 90 xarici kanalın hamısının lisenziyalı olaraq yayımlanmasına nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR