“Kaspian Telekom” və “Konnekt”ə platforma yayımçısı lisenziyaları verilib

“Kaspian Telekom” və “Konnekt”ə platforma yayımçısı lisenziyaları verilib
# 11 aprel 2023 11:27 (UTC +04:00)

Audiovizual Şuranın növbəti iclası keçirilib. İclasda “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq audiovizual media fəaliyyətinin həyata keçirilməsi ilə bağlı Şuraya daxil olan müraciətlər müzakirə olunub.

Şuradan APA-ya verilən xəbərə görə, müzakirələrin yekunu olaraq “Kaspian Telekom” MMC-nin “Ailə TV” universal platforma operatorunun paketlərində abunəçilərə təqdim olunan “Ailə Cinema” sifarişli yayım xidmətinə görə, habelə həmin paketlərdə yayımı həyata keçirilən “Ailə Kinozal” film-kino janrlı televiziya kanalına görə “Kaspian Telekom” MMC-yə müvafiq olaraq sifarişli yayım xidməti provayderi (xidmətin adı “Ailə Cinema” olmaqla) və peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı “Ailə Kinozal” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.

Bundan başqa, “Konnekt” QSC-nin müvafiq müraciətləri əsasında “Connect TV” universal platforma operatorunun paketlərində yayımı həyata keçirilən “CTVHD”, “CTVHD1” və “CTVHD2” film-kino janrlı televiziya kanallarına görə “Konnekt” QSC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyalarının adları “CTVHD”, “CTVHD1” və “CTVHD2” olmaqla) lisenziyalarının verilməsi haqqında qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR