Kuleba-Lavrov görüşünü işıqlandırmaq üçün 200 jurnalist akkreditasiyadan keçib - VİDEO

Lavrov, Kuleba

© APA | Lavrov, Kuleba

# 10 mart 2022 10:21 (UTC +04:00)

Bu gün Antalyada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında üçtərəfli görüş keçiriləcək.

APA xəbər verir ki, ilkin məlumata əsasən, görüşü işıqlandırmaq üçün təxminən 200-dək jurnalist akkreditasiyadan keçib.

APA Group”un Türkiyədəki əməkdaşı Tural Əsədi də akkreditasiyadan keçən jurnalistlərin arasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR