MEDİA və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

MEDİA və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
# 17 mart 2022 13:40 (UTC +04:00)

Bu gün Medianın İnkişafı Agentliyi və ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

MEDİA-dan APA-ya verilən xəbərə görə, sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.

Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.

Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR