MTRŞ helikopter qəzası zamanı TV-lərin monitorinqini aparıb, nəticələr açıqlanıb

MTRŞ helikopter qəzası zamanı TV-lərin monitorinqini aparıb, nəticələr açıqlanıb
# 20 dekabr 2021 11:00 (UTC +04:00)

“İlk olaraq bildirməliyəm ki, helikopter hadisəsi olanda sosial şəbəkələrdə, saytlarda belə bir görüntü yaradıldı ki, guya televiziyalar həmin gün çal-çağırla məşğul olub. Biz Şura olaraq bunu təhlil etdik”.

Bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.

Onun sözlərinə görə, məlum olub ki, sosial şəbəkələrdə adı hallanan kanalın səhər proqramından video parça kəsilərək paylaşılıb: “Hadisə elan olunandan sonra həmin kanal proqram cədvəlində və proqramlarında dəyişiklik etmişdi. Sosial şəbəkələrdə isə hadisədən əvvəl efirə gedən proqramdan hissələri kəsib paylaşdılar və iddia etdilər ki, bu verilişlər helikopter qəzası elan olunandan sonra verilib. Tarix həmin tarix olsa da, Şuranın araşdırmaları nəticəsində məlum oldu ki, bu veriliş qəzadan əvvəl yayımlanıb. Digər bir kanalla da bağlı iddialar var idi. Həmin kanalda da verilişin yeri dəyişməsə də, verilişin formatı dəyişdi. Televiziyaların hamısı bu hadisəyə reaksiya verib efirlərini ona uyğunlaşdırmışdılar. Ancaq sosial şəbəkələrdə belə rəy formalaşdırmışdılar ki, televiziyalar həmin gün çal-çağırla məşğul olub. Süni ajiotajlar əvvəllər də olub. Bunlarla mübarizə aparmağın yolları var. Kanallar həmin resursları, yaxud da bloggerləri məhkəməyə verə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR