MTRŞ “Reklam haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlayır

MTRŞ “Reklam haqqında” qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlayır
# 20 dekabr 2021 10:54 (UTC +04:00)

“Hazırda televiziya və radio yayımında reklam və sponsorluğu tənzimləyən müddəaların bir qismi “Televiziya və radio yayımı haqqında” qanunda, bir qismi “Reklam haqqında” qanunda və bir qismi də “Kütləvi informasiya vasitələri haqqında” qanunda mövcuddur”.

Bunu APA-ya müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov deyib.

O qeyd edib ki, bu üç qanunda olan tələblər bəzən bir-birinə ziddiyyət təşkil edir, bəzən də bir-birini təkrarlayır: “Belə bir hüquqi ziddiyyəti aradan qaldırmaq məqsədilə reklamla bağlı məsələlərin “Reklam haqqında” qanunla tənzimlənməsini biz təklif etmişik. Mövcud “Reklam haqqında” qanuna əlavə və dəyişikliklərin olunması haqqında təkliflərimizi hazırlayıb layihə şəklində təqdim edəcəyik. Qeyd olunmalıdır ki, reklam sahəsi sırf administrativ addımlarla inkişaf edə bilməz. Hüquqi baza elə olmalıdır ki, rəqabət şəraiti yaransın və həm də bazar iştirakçılarını stimullaşdırsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR