"Netflix" Rusiyanın 20 telekanalını yayımlamaqdan imtina edib

netflix

© APA | netflix

# 01 mart 2022 12:48 (UTC +04:00)

“Netflix” platforması Rusiyanın 20 telekanalını yayımlamaqdan imtina edib.

APA RİA “Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Netflix”in sözçüsü bildirib.

“Mövcud vəziyyəti nəzərə alaraq, bu kanalları xidmətimizə əlavə etmək planımız yoxdur”, – sözçü deyib.

Xatırladaq ki, “Netflix” martın 1-dən etibarən NTV, “Pervıy kanal”, “Spas” telekanalları da daxil olmaqla Rusiyanın ümumilikdə 20 kanalının yayımına başlamalı idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR