Nizami Cəfərov: Hələ də normal orfoepiya lüğətimiz yoxdur

Nizami Cəfərov: Hələ də normal orfoepiya lüğətimiz yoxdur
# 14 aprel 2023 12:53 (UTC +04:00)

“Bizim hələ də normal orfoepiya lüğətimiz yoxdur”.

APA xəbər verir ki, bunu deputat Nizami Cəfərov Milli Məclisin Mədəniyyət komitəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

“Küllü miqdarda problemli ifadələrimiz var ki, onları necə səslədirmək lazım olduğunu bilmirik. Məhz televiziyalarımız bu yöndə məktəb olmalıdır”, - o, əlavə edib.

Nizami Cəfərov eyni zamanda deyib ki, teleseriallar qədər xalqımıza təsir edən ikinci bir sənət yoxdur:

“Yaxşı teleseriallar olmadıqca xalqın nitqi keyfiyyətli formaya düşməyəcək. Elə aktyorlar var ki, danışa bilmir. Aktyor, aktrisa yaraşıqlı, gözəl ola bilər, bu bir cəhətdir, amma danışıq da, nitq də peşəkar olmalıdır. Bəzən görünüş, gözəllik olur, amma nitq kələ-kötür olur. Niyə? Çünki bu adamlar ömründə cəmi 3 kitab oxuyublar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR