Azərbaycana qarşı böyük ədalətsizliklər edilir və biz bunu düzəltməliyik.
Bunu APA-ya açıqlamasında işğaldan azad edilmiş ərazilərə səfər edən ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer deyib.
Cəbrayılda İran-Azərbaycan sərhədinə səfər edən Nurit Qringer bildirib ki, ABŞ-da təsis etdiyi Amerika Azərbaycan Mədəniyyət Fondunun məqsədi bu ədalətsizliklərin aradan qaldırılmasına xidmət etmək, həmçinin Azərbaycanın mədəni irsini bütün dünyada tanıtmaqdır.
“Artıq 8-ci və ya 10-cu dəfədir ki, Azərbaycandayam. Bir yəhudi kimi İran sərhədində olmaq mənim üçün çox önəmlidir. Mənim Azərbaycana böyük rəğbətim var. Düşünürəm ki, ölkəyə qarşı ədalətsizliklər edilir və biz bunu düzəltməliyik, mənim niyyətim də 30 illik ədalətsizliyi düzəltməkdir. Mən tərəqqi görmək istəyirəm. Mən Azərbaycanın güclü siyasətinə, torpaqlarla və ərazi bütövlüyü ilə bağlı qətiyyətinə rəğbət bəsləyirəm. Düşünürəm ki, regiona nəhayət sülh gələcək və bundan hər kəs bəhrələnəcək”, - deyə Qringer bildirib.