Onlayn xəritələrdə azad edilmiş ərazilər üzrə coğrafi adların bərpasına nail olunub

Onlayn xəritələrdə azad edilmiş ərazilər üzrə coğrafi adların bərpasına nail olunub
# 14 fevral 2022 11:14 (UTC +04:00)

“Dezinformasiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilib, coğrafi adların bərpa edilməsinə nail olunub”.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” analitik kitabının təqdimat mərasimində deyib.

O bildirib ki, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” layihəsi hazırlanıb”.

Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR