Parlamentdə “Media haqqında” qanun layihəsi ilə bağlı daha bir dinləmə keçiriləcək

Milli Məclis

© APA | Milli Məclis

# 20 dekabr 2021 16:44 (UTC +04:00)

“Bizim yenə də “Media haqqında” qanun layihəsi ilə bağlı böyük dinləməmiz keçirilməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun da dinləmədə iştirakını zəruri sayan spiker bildirib ki, 2 böyük dinləmə və komitələrin birgə keçirdiyi dinləmələr kimi yeni dinləmədə də istəyən hər kəsin iştirakı təmin edilməlidir: “Keçən dəfə dinləməni onlayn keçirməyə məcbur olduq. Bu PSR testlərlə bağlı idi. Ancaq növbəti dinləmənin canlı keçirilməsinə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR