RİNN: Müharibə vaxtı aktiv sosial şəbəkə hesablarının fəaliyyəti əsassız şəkildə məhdudlaşdırılıb

RİNN: Müharibə vaxtı aktiv sosial şəbəkə hesablarının fəaliyyəti əsassız şəkildə məhdudlaşdırılıb
# 14 fevral 2022 11:13 (UTC +04:00)

“Bu gün informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır”.

APA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan “Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru” analitik kitabının təqdimat mərasimində deyib.

O bildirib ki, Vətən Müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılıb: “Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilib. Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu “Qlobal kibertəhlükəsizlik indeksi” hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR