Televiziyalarda aparılan monitorinqin nəticələri açıqlanıb

Televiziyalarda aparılan monitorinqin nəticələri açıqlanıb
# 02 mart 2022 11:14 (UTC +04:00)

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı açıqlayıb.

APA-nın xəbərinə görə, Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova bildirib ki, qeydə alınmış 6000 dil faktından 4753-ü hesabata daxil edilib.

“Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-si leksik, 651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir”, – o deyib.

G. Əmirova aparıcı və müxbirlərlə yanaşı ekspert va qonaqların nitqinin də monitorinqə cəlb olunduğunu, titrlərdə və dublyaj filmlərində yol verilmiş xarakterik səhvlərin kitaba daxil edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR