Vahid Əhmədov: “Media haqqında” qanunun işləməsi üçün maliyyə lazımdır” - VİDEO

Vahid Əhmədov, Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

© APA | Vahid Əhmədov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

# 20 dekabr 2021 16:27 (UTC +04:00)

“Qanun layihəsində medianın maliyyələşdirilməsi və reklam bazarının mediaya uyğunlaşdırılması yolları da əksini tapsın”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, qanunun işləməsi üçün maliyyə lazımdır: “Bu qanunda medianın haradan maliyyələşəcəyi qeyd olunmalıdır”.
Deputat ali təhsillə bağlı məsələyə qanun layihəsində yenidən baxılmasını istəyib.
V. Əhmədov qeyd edib ki, reyestr məsələsinin məcburi olduğu qanun layihəsindən görünür: “Buna nə ehtiyac var?”.
Deputat bildirib ki, media ciddi subyektlərdən biridir: “Media dövlətin, millətin taleyini həll edir. Ona görə də kompromisə gedilsə, yaxşı olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR