Azərbaycan Ali Məhkəməsinin 100 illiyi ilə əlaqədar yubiley medalı təsis edilib.
APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.
“Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”yə əsasən, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.