Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların maaşlarının yeni məbləği müəyyənləşəcək

Dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların maaşlarının yeni məbləği müəyyənləşəcək
# 05 yanvar 2023 14:48 (UTC +04:00)

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğləri müəyyənləşəcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR