Prezident: “Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - VİDEO

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 22 aprel 2022 12:52 (UTC +04:00)

“Biz sülh gündəliyi təqdim etdik, Ermənistandan hər hansı cavab gəlmədi. Beynəlxalq təşkilatlar da demək olar ki, buna o qədər də maraq göstərmədi”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, ona görə biz konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdük: “Ermənistan bu beş prinsipi qəbul etdi. Beləliklə, Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycan hər hansı ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq. Bu, post-münaqişə dövrü üçün hesab edirəm ki, vacib məqamdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR