Prezident: Biz Pakistandan keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə, nə üçün onu başqalarından almalıyıq?

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 25 noyabr 2022 12:25 (UTC +04:00)

Azərbaycan Prezidenti Pakistan Baş naziri Şahbaz Şəriflə ticari-iqtisadi əlaqələrin canlandırılmasını müzakirə etdiyini vurğulayıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

“Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə, nə üçün onu başqalarından almalıyıq?”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR