Prezident: Gürcüstanla birgə həyata keçirdiyimiz önəmli layihələr Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır

Prezident: Gürcüstanla birgə həyata keçirdiyimiz önəmli layihələr Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır
# 18 noyabr 2022 11:12 (UTC +04:00)

“Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə ünvanladığı məktubda bildirib.

Dövlət başçısı qeyd edib ki, birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır:

“Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR