Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırılıb

Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləği artırılıb
# 13 yanvar 2023 10:27 (UTC +04:00)

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər bu məbləğ 500 manat idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR