Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatı (UNİDO) arasında 2022-2026-cı illər üzrə Əməkdaşlığa dair çərçivə sənədi imzalanıb.
"APA-Economics" xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
“Sənəd təşkilatla əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə xidmət edən mexanizmlərin icrasına töhfə verəcək”, - deyə M.Cabbarov əlavə edib.