Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirir

Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirir
# 19 yanvar 2022 13:26 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Malayziya Beynəlxalq Ticarət və Sənaye Palatası (MICCI) arasında əməkdaşlığı genişləndirilməsinə dair yaxın vaxtlarda anlaşma memorandumu imzalanacaq.

Konfederasiyadan “APA-Economics”ə verilən məlumata görə, buna dair razılıq ASK ilə MICCI arasında keçirilən virtual görüş zamanı əldə olunub.

Görüşdə Konfederasiyanın prezidenti Məmməd Musayev və MICCI təmsilçilərinə isə qurumun icraçı direktoru Şaun Çeh iştirak ediblər.

Bildirib ki, 2020-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 129 mln. ABŞ dolları təşkil edib və gələcəkdə qarşılıqlı əməkdaşlığın artırılması üçün potensial bu göstəricinin daha da yüksəldilməsinə imkan verə bilər.

MICCI-nin icraçı direktoru Ş.Çeh təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb, ölkədə mövcud olan sabit iqtisadi mühitin malayziyalı investorlar üçün kifayət qədər cəlbedici olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR