Bu ilin yanvar-noyabr aylarında Bakının ictimai iaşə dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 20,7% artaraq 574,2 mln. manat olub.
"APA-Economics"in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 421,0 mln. manat olub ki, bu da ümumi dövriyyənin 73,3%-ni təşkil edib.