Nazir müavini “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin məqsədini açıqlayıb

Elnur Əliyev, iqtisadiyyat nazirinin birinci müavini

© APA | Elnur Əliyev, iqtisadiyyat nazirinin birinci müavini

# 02 dekabr 2022 13:01 (UTC +04:00)

“Məhkəmə mübahisələri ilə bağlı narahatlıq var. Azad edilmiş ərazilərin bərpasına böyük vəsait tələb olunur və “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunun fəlsəfəsi də ondan ibarətdir ki, digər ölkələrlə işləmək mümkün olsun”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, bu qanunun qəbulu istər Azərbaycanın daxilində məhkəmələrdə, istərsə də beynəlxalq məhkəmələrdə mübahisələrin həllinə imkan verəcək: “Qanun layihəsində maraqların şəffaf mexanizmdə olması nəzərdə tutulub”.

O qeyd edib ki, qanun layihəsinin əhatə dairəsi genişdir: “Bu qanun layihəsi hazırlanarkən dünya təcrübəsinə baxılıb. Ekoloji tələblərin qorunması da qanun layihəsində yer alıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR