“Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC (TNLM) Özbəkistandan Azərbaycana 50 blok-konteynerdən ibarət ilk yük konteyner qatarını yola salıb. “APA-Economics” xəbər verir ki, bu barədə "Biznes Türkmenistan"a Mərkəzdən bildirilib.
Qeyd olunub ki, avtomobil hissələri ilə yüklənən 40 futluq konteynerlər Özbəkistanın Buxara vilayətində yerləşən Assaka Logistika Mərkəzindən yola düşüb.
TNLM Türkmənistana gələn tranzit konteynerlərin Xocidavlat sərhəd keçid məntəqəsindən Türkmənbaşı Beynəlxalq Dəniz Limanına daşınmasını həyata keçirib. Konteynerlərin Xəzər dənizi üzərindən Azərbaycanın Ələt limanına daşınması Türkmənistan nəqliyyat şirkətinin bərəsi ilə həyata keçirilib.
Avtomobil ehtiyat hissələri Azərbaycan avtomobil zavodu üçün nəzərdə tutulub. TNLM və onun Azərbaycandakı tərəfdaşları bu marşrut üzrə müntəzəm yük qatarları reysləri təşkil etməyi planlaşdırır.
TNLM Özbəkistandan Azərbaycana ilk konteyner qatarını yola salıb

Sahibkarlıq

“Azersun Holding” Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi sərgisində iştirak edir

Bazarstore "Qızıl Şah" Milli Kulinariya Çempionatının Rəsmi Tərəfdaşı olub

Cemal Yangın yenidən ATİB İdarə Heyətinin sədri seçilib - FOTO
