“Lukoyl” və “Rompetrol” Ermənistan Müdafiə Nazirliyinə yanacaq satır

“Lukoyl” və “Rompetrol” Ermənistan Müdafiə Nazirliyinə yanacaq satır
# 28 avqust 2008 17:16 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirlər “The Georgian Times” qəzetinin bugünkü sayında dərc olunmuş “Lukoyl və Rompetrol Ermənistanı blokadadan xilas ediblər” adlı məqalədə öz əksini tapıb: “Rusiya mənbələrinə inansaq, dinc əhalinin bombardman edən təyyarələr məhz Gümrüdəki hərbi bazadan havaya qalxıblar. Deməli, Gürcüstanın Ermənistanı blokadaya almaq üçün əsası olub. Gürcüstan bir daha sübut etdi ki, tolerant ölkədir, əks təqdirdə Ermənistanın vəziyyəti çox acınacaqlı olardı. Xüsusilə, ona görə ki, bizim əlimizdə təzyiq rıçaqlarımız var. Ermənistan Gürcüstan ərazisindən daşınaraq bu ölkəyə gətirilən benzindən istifadə edir. Bundan başqa, Ermənistana buğda və digər zəruri ərzaq məhsulları Gürcüstanın dəmiryolu xəttindən istifadə edilməklə daşınır”.

Qəzetin məqaləsində xüsusilə diqqəti çəkən məqam isə Ermənistanın benzinə olan tələbatı ödəməsində “Lukoyl” və “Rompetrol” şirkətləri ilə bağlı yazılanlardır. Qəzet yazır ki, Ermənistan benzinə olan tələbatını iki istiqamətdə ödəyir. Birinci istiqamət, yanacağın Bolqarıstandan Batumi limanına, digəri Rumıniyadan Poti limanına gətirilməsidir. “NefteXimBurqas” şirkəti yanacağı məhz “Lukoyl Corciya” vasitəsilə “Qorpetrolservis” şirkətinə çatdırır. Maraqlıdır ki, bu yanacağın əsas alıcısı da Ermənistan Müdafiə Nazirliyidir. İkinci yanacaq marşrutu Rumıniya - Batumi limanı marşrutudur. Bu yanacaq isə “Rompetrolcorciya” vasitəsilə gətirilir və Ermənistana ötürücü “Fleş” şirkəti vasitəsilə çatdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR