İyulda Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarının pozulması faktları üzrə 1500-dək akt tərtib edilib

Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin iyul ayında Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarının pozulması faktlarının araşdırılması üzrə keçirilmiş reydlər zamanı 1480-dən çox akt tərtib edilərək 7 mln. kVt/saatdan çox itirilmiş elektrik enerjisinin 422 min manata yaxın istehlak dəyəri bərpa edilib.
«Azəreneji» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə daxil olan məlumata görə, Regional Enerji Təchizatı (RET) MMC-lər üzrə İmişli RET-də 246, Lənkəran RET-də 179, Gəncə RET-də 161, Kürdəmir RET-də 140 və Şəmkir RET-də 124 qayda pozuntusu qeydə alınıb.
Bu ilin iyul ayında ən çox qayda pozuntusu Şirvan RET-in, ən az isə Mingəçevir RET-in xidmət sahəsində olub. Aktlar üzrə bərpa edilmiş elektrik enerjisinin istehlak dəyərinin 86%-dən artıq hissəsinin ödənilməsi təmin edilib.
Bundan başqa, iyul ayında yazılmış aktların ödəniş səviyyəsi ən yüksən Şəmkir, Gəncə və Kürdəmir RET-də olub. Belə ki, sözügedən müəssisələrdə ötən aylarda yazılmış aktların ödənilməmiş qalıq məbləğlərin də ödənişi təmin edilib. Ən aşağı ödəniş isə Şirvan RET-də (40%) qeydə alınıb.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında 12 mindən çox elektrik enerjisindən istifadə qaydalarının pozulması faktı aşkarlanaraq 56,3 mln. kVt/saata yaxın itirilmiş elektrik enerjisinin 3,4 mln. manata yaxın istehlak dəyəri bərpa edilib.

Sənaye və energetika

“Ukrtransnafta” Rusiya neftinin Avropaya nəqlini dayandırıb

Türkiyənin “Abdülhamid Han” gəmisi qazma işləri üçün yola düşəcək

Bakıda bu il sənaye istehsalı 37 mlrd. manata yaxın olub