Bu gün Azərbaycanın enerji sistemində yeni Mərkəzi Dispetçer Məntəqəsi istifadəyə verilib

Bu gün Azərbaycanın enerji sistemində yeni Mərkəzi Dispetçer Məntəqəsi istifadəyə verilib
# 21 oktyabr 2008 09:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC-nin müasir texnologiyalarla qurulmuş yeni Mərkəzi Dispetçer Məntəqəsi bu gündən istifadəyə verilib. Bu barədə «APA-Economics»ə Mərkəzi Dispetçer İdarəsinin rəisi Nurəli Yusifbəyli məlumat verib.
N.Yusifbəylinin sözlərinə görə, artıq bir ildən çoxdur hazır olan mərkəz bu müddətdə sınaqdan keçirilib. SCADA layihəsi çərçivəsində qurulmuş yeni mərkəzdə Fransanın «Oriva» şirkətinin texnologiyalarından istifadə olunub.
«Azərenerji» rəsmisinin sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda 5 regional dispetçer mərkəzi yaradılmalıdır. Regional dispetçer mərkəzlərindən 1-i Naxçıvan Muxtar Respublikasında, digərləri isə Gəncə, Şirvan, Sumqayıt və Bakıda olacaq. Yaxın iki il ərzində hazır olacaq bu regional dispetçer mərkəzləri 2011-ci ildən tam fəaliyyətə başlayacaq. Bununla da 110 kV və yuxarı gərginlikli enerji sisteminə nəzarət avtomatlaşdırılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR