«Azərenerji» sentyabrda dövlət büdcəsinə ödənişləri 16% artırıb

«Azərenerji» sentyabrda dövlət büdcəsinə ödənişləri 16% artırıb
# 21 oktyabr 2008 11:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə 11,1 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Bu, avqust ayı ilə müqayisədə 16% çoxdur.
Cari ilin yanvar-sentyabr ayları ərzində isə səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə 84,8 mln. manat ödəniş aparılıb ki, bu da 2007-ci ilin müvafiq dövrünə nisbətən 1,4 dəfə çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR