Rusiya, İran və Qətər qaz sahəsində OPEC kimi təşkilatın yaradılması ilə bağlı razılığa gəlib

Rusiya, İran və Qətər qaz sahəsində OPEC kimi təşkilatın yaradılması ilə bağlı razılığa gəlib
# 21 oktyabr 2008 11:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiya, İran və Qətər qaz ixracatçısı ölkələri təşkilatının yaradılmasına dair prinsipial razılığa gəlib. «APA-Economics»in məlumatına görə, bunu İranın neft sənayesi naziri Gulamrza Nəzəri bildirib.
Nazirin sözlərinə görə, üç ölkə arasında qaz sahəsində OPEC kimi təşkilatın yaradılması ilə bağlı aparılan müzakirələrdə konsensusa gəlib. Qeyd edək ki, belə qurumun yaradılması təşəbbüsü ilə ilk dəfə məhz İran çıxış edib. Bu təşkilat OPEC kimi dünya bazarında qazın qiymətini tənzimləyə biləcək. Lakin analitiklər bunun hazırkı vəziyyətdə, yəni qaz bazarının olmadığı şəraitdə və tədarükün ikitərəfli sazişlər əsasınsa aparıldığı bir mərhələdə mümkün olmadığını düşünür.
Qeyd edək ki, İran, Rusiya və Qətər rəsmi nümayəndələrinin iştirakı ilə Tehranda keçirilən üçtərəfli görüş noyabrın ortalarında Rusiyada keçiriləcək Qaz İxracatçısı Ölkələrinin Forumu ərəfəsində təşkil olunub. Məhz bu forumda yeni təşkilatın yaradılması ilə bağlı əsas məsələlərin müzakirə olunacağı gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR