Yaxın iki ildə Azərbaycanın iki iri elektrik stansiyasında yenidənqurma başa çatdırılacaq

Yaxın iki ildə Azərbaycanın iki iri elektrik stansiyasında yenidənqurma başa çatdırılacaq
# 21 oktyabr 2008 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Yaxın iki il ərzində Azərbaycanın iki böyük elektrik stansiyasında aparılan yenidənqurma işləri başa çatdırılacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.
M.Əsgərovun sözlərinə görə, bunlar Mingəçevir su elektrik stansiyası və «Azərbaycan» istilik elektrik stansiyasıdır.
Mingəçevir SES-də 6 aqreqatda aparılan yenidənqurma işləri nəticəsində stansiyanın gücü 420 MVt-a, «Azərbaycan»da isə 2640 MVt-dan 3640 MVt-a qədər artacaq. «Bu gün «Azərbaycan» İES-də şərti yanacaq sərfi 385-386 qramdır. Yenidənqurma işlərindən sonra stansiyada yanacaq sərfi 320 qrama enəcək», - deyə M.Əsgərov vurğulayıb.
«Azərbaycan» İES-də yenidənqurma işlərini Çinin SNEC şirkəti aparır. Yaxın vaxtlarda Mingəçevir SES-in yenidən qurulması layihəsi üzrə tenderin keçirilməsi planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR