Azərbaycan magistral neft kəmərləri ilə nəqletməni yanvar-sentyabr aylarında 20% artırıb

Azərbaycan magistral neft kəmərləri ilə nəqletməni yanvar-sentyabr aylarında 20% artırıb
# 21 oktyabr 2008 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə nəql edilmiş neftin həcmi əvvəlki ilin analoji ayları ilə müqayisədə 19,8% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə magistral neft kəmərləri ilə 34,7 mln. ton neft nəql edilib. Nəqletmənin ¾ hissəsi ölkənin əsas nəqliyyat infrastrukturuna çevrilən Bakı-Tiflis-Ceyhan (BTC) ixrac kəməri ilə həyata keçirilib və ötən dövr ərzində bu kəmər vasitəsilə Bakıdan 26 mln. ton və ya 28,3% çox neft ötürülüb.
Cari ilin ilk doqquz ayı ərzində magistral qaz kəmərləri ilə 8 mln. ton və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 62% çox qaz nəql edilib. Nəql edilən qazın 29,2%-i Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib, bu kəmərdən istifadə etməklə 3,4 mlrd. kubmetr qaz ötürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR