Azərbaycan Dövlət Neft Şirkəti REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir

Azərbaycan Dövlət Neft Şirkəti REBCO markalı növbəti xam neft partiyasının satışına dair tender keçirir
# 21 oktyabr 2008 12:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi noyabrın 29-30-da Rusiyanın Novorossiysk limanından 600 min barel həcmində REBCO markalı xam neft partiyasının ixracına dair marketinq sorğusu elan edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Sorğuya oktyabrın 24-də yekun vurulacaq, nəticələr isə oktyabrın 25-də açıqlanacaq.
Qeyd edək ki, 2007-ci ildə Bakı-Novorossiysk kəməri ilə 2 228 712,3 ton neft yola salınıb. Bunun 1 228 728,8 tonu ARDNŞ-in, 999 983,5 tonu isə ABƏŞ-in payına düşür.
Bakı-Novorossiysk kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların nefti ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası adı altında satılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR