İlin əvvəlindən Xəzər Dəniz Neft Donanmasının 14 gəmisi əsaslı təmirdən çıxıb

İlin əvvəlindən Xəzər Dəniz Neft Donanmasının 14 gəmisi əsaslı təmirdən çıxıb
# 21 oktyabr 2008 15:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının Gəmi Təmiri Zavodu sentyabr ayı üçün proqnozu 2,3% artıqlaması ilə yerinə yetirib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.
Ötən ay zavodda təmirdən 2 gəmi - güclü su vuran avadanlıqlarla təchiz olunmuş nəhəng «Vixr-9» yanğınsöndürən, xam neftin Neftçaladan Dübəndi limanına gətirilməsini təmin edən «Bunkerovşik-4» gəmisi buraxılıb.
Cari ilin yanvar-sentyabr aylarında isə zavodda proqnoz 9,5% artıqlaması ilə yerinə yetirilib. Əsaslı təmirdən 14 gəmi çıxıb, daha 15 gəmi isə dok təmirindən keçib. Bu dövrdə 5 dəniz kranı – «Ulluçay», «Şirvan», «Şirvan-3», «İslam Kərimov» və «Ramiz Hacıyev» təmir edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR